Azərbaycanda qızıl istehsalı artıb, gümüş istehsalı azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda qızıl istehsalı artıb, gümüş istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 248,2 kiloqramı qızılın, 1 906,8 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb, gümüş istehsalı isə 20,1% azalıb. 

Avqustun 1-nə olan vəziyyətə əsasən, ölkədə 319,4 kiloqram hazır qızıl, 560,2 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram