Azərbaycanda qeyri-neft sektoru üzrə sahibkarların gəlirləri artıb | Banco.az

Azərbaycanda qeyri-neft sektoru üzrə sahibkarların gəlirləri artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə gəlirləri 2021-ci ildə 17,8 faiz, sahibkarların bu sektorda gəlirləri isə 2,6 faiz artıb.

Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa İttifaqı (Aİ) və Dünya Bankı ilə qrant sazişinin imzalanması mərasimində deyib.

O bildirib ki, Azərbaycan Aİ üçün prioritet ölkələrdən biridir. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 20,1 milyard dolları ötüb.

"Aİ Azərbaycanda ən iri investordur. Bundan başqa, Azərbaycanda Avropadan 1,7 mindən çox şirkət işləyir. Dünya Bankı Azərbaycanda dörd milyard dollar dəyərində 52 layihə reallaşdırıb", - deyə o bildirib.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram