Azərbaycanda qeyri-neft ixracının artırılması üçün görülən işlər açıqlanıb | Banco.az

Azərbaycanda qeyri-neft ixracının artırılması üçün görülən işlər açıqlanıb

Azərbaycanda qeyri-neft məhsulların rəqabətqabiliyyətli olması üçün hüquqi rejimlərə baxılması, müxtəlif ölkələrlə preferensial ticarət sazişlərinin imzalanması, sərbəst bazarlarla bağlı müzakirələr aparılır.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.

Onun sözlərinə görə, ötən il qeyri-neft ixracı 3 milyard ABŞ dollarını ötüb.

"Bu artan dinamika üzrə gedir. Əsas məqsəd 2022-2026-cı illər üzrə dövlət strategiyasında qeyd olunan qeyri-neft sektoru ilə bağlı hədəflərə nail olmaqdır", - E.Əliyev bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram