​Azərbaycanda qeyri-bank təşkilatlarının konsolidasiyası gözlənilmir | Banco.az

​Azərbaycanda qeyri-bank təşkilatlarının konsolidasiyası gözlənilmir

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) birləşməsi və ya bağlanması faktı yoxdur və gözlənilmir.

Banco.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib.

"Əslində, BOKT-larda birləşməyə ehtiyacı da yoxdur. Burada Mərkəzi Bankın tələbi də yüksək deyil - 300 min manat nizamnamə kapitalı olan istənilən şəxs BOKT yarada bilər. Böyük öhdəlik yoxdur ki, onlar birləşsinlər", - deyə Assosiasiya rəhbəri qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

S.Kələşovun sözlərinə görə, kredit ittifaqları ilə BOKT-ların fəaliyyəti tam fərqlidir: "Kredit ittifaqları formalaşa bilmir. Onların təşkilatlanmasında nöqsanlar olurdu. Orada idaəretmədə müəyyən çətinliklər var. Amma BOKT-ların rəhbərləri banklara bərabər mütəxəssislərdir. Çətinliklər var, amma onların bağlanmasını hələ görmürəm".

Ən sərfəli krediti almaq üçün müraciət et