Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 5,5%-ə düşüb | Banco.az

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 5,5%-ə düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 871,1 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 3,7% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,5%, son 1 ildə isə 18,6% azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,5% təşkil edib. Bu nisbət avqustun sonuna 5,8%, ötən ilin sonuna 6,1%, ötən il avqustun sonuna isə 7,2% olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et