​Azərbaycanda problemli kreditlərin həcmi azalıb | Banco.az

​Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Azərbaycan banklarının kredit portfelində problemli kreditlərin həcmi azalıb. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabata əsasən, iyul ayında Azərbaycan banklarının kredit portfeli 43,9 mln. manat və ya 3,3% azalaraq 1 294,8 mln. manat təşkil edib.

Kredit portfelində problemli kreditlərin həcmi isə  33,8 mln. manat və ya 3,7% azalaraq avqustun 1-nə 887,2 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Manatla kreditlərin strukturunda isə problemli kreditlərin xüsusi çəkisi 8%-dən 7,8%-ə enib (keçən ilin analoji dövründə 5,7% olub).

Xarici valyutada vaxtı keçmiş kreditlər aylıq müqayisədə 10,1 mln. manat və ya 2,4% azalaraq avqustun 1-nə 407,6 mln. manat olub. Valyuta kreditlərinin 4,6%-i problemli kreditlərin payına düşüb ki, bir ay öncə bu göstərici 4,8%, keçən ilin avqustun əvvəlində isə 4,1 % təşkil edib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et