Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin dekabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440.3 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabr ayının 1-i ilə müqayisədə 0.02% azdır.
Qeyd edək ki, problemli kreditlər ilin əvvəlinə nəzərən 25.8%, ötən ilin eyni dövrünə nisbətən isə 31.3% azalıb.
Dekabr ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.9% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!