Azərbaycanda problemli kreditlər artıb | Banco.az

Azərbaycanda problemli kreditlər artıb

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycan banklarının kredit portfelində problemli kreditlərin həcmi artıb. Avqust ayında Azərbaycan banklarının kredit portfeli 1 ay ərzində 91,70 mln. manat azalaraq, 20 mlrd. 95,8 milyon manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Kredit portfelində problemli kreditlərin həcmi isə 38,80 milyon manat artaraq 1333,6 milyon manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində payı da 6,4%-dən 6,6%-ə qalxıb. Ümumilikdə isə son bir ildə bank sektorunda problemli kreditlərin həcmi 394,80 mln. manat yüksəlib. Xatırladaq ki, bir il əvvəl bank sektorunda problemli kreditlər 938,8 milyon manat təşkil edirdi. 

Ən sərfəli krediti almaq üçün müraciət et