Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb.
Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O bildirib ki, hazırda ölkədə 67 min POS-terminal mövcuddur.
"Nağdsız ödənişlərlə bağlı artıq 10 ildən artıqdır ki, maarifləndirmə tədbirləri görürük. Ölkəyə gələn turistlərin sayı artır ki, bu da sözügedən sahənin önəmini artırır", - deyə S. Ələkbərov bildirib.
APA