Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb | Banco.az

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,3 % artıb.

2023-cü ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 12,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 4,7 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu il pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,9 %, fərdi sahibkarlar üzrə 4 %, bazar və yarmarkalarda 3,8 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manatlıq, o cümlədən 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191 manatlıq qeyri-ərzaq malları alıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram