Azərbaycanda “PAYPAL”ın istifadə imkanları artacaq | Banco.az

Azərbaycanda “PAYPAL”ın istifadə imkanları artacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı Direktorluğu və “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu “PAYPAL” ödəniş sisteminin regional rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində Azərbaycandakı şəxslərin bu sistem üzrə ödəniş qəbul etməsinə imkan verəcək funksiyanın aktivləşdirilməsi ilə bağlı ilkin addım atılıb.

“Receive Enabled” adlanan bu funksiyanın tətbiqi ilə əlaqədar “PAYPAL” ödəniş sisteminin Türkiyə üzrə regional rəhbərliyi tərəfindən Sistemin mərkəzi qərargahına müraciət ünvanlanıb. Onların sözlərinə görə, razılığın ilin sonuna qədər əldə edilməsi planlaşdırılır. Bundan sonra isə “PAYPAL”ın işçi qrupunun texniki məsələlərin müzakirəsi üçün Azərbaycana gəlməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “PAYPAL” ən təhlükəsiz ödəniş sistemlərindən biri hesab olunur və beynəlxalq təcrübədə pərakəndə alış-veriş əməliyyatları zamanı ən çox üstüntünlük verilən sistemlər sırasındadır.

BBN.az

Ən sərfəli krediti almaq üçün müraciət et