Azərbaycanda pambıq istehsalının 25% artacağı proqnozlaşdırılır | Banco.az

Azərbaycanda pambıq istehsalının 25% artacağı proqnozlaşdırılır

Kənd Təsərrüfatı Nazirliyi noyabr ayına qədər ölkədə pambıq yığımının başa çatacağına ümid edir. Bunu nazir İnam Kərimov deyib.

“Biz cari il pambıq yığımı prosesini sütrətləndirməyi planlaşdırırıq və noyabr ayına qədər bunu başa çatdırmaq niyyətindəyik”, - Kərimov bu gün Sabirabad rayonunda “Azərbaycan Respublikasında pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində bildirib.

Həmçinin, nazir qeyd edib ki, bu il məhsul yğımı 2018-ci ilin göstəricisindən yüksək səviyyədə gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

“Əvvəl 2019-cu ildə məhsul yığımında 13% artım proqnozlaşdırırdıq, lakin indi yığımın 25% artacağaın gözləyirik”, - Kərimov bildirib.

2018-ci ildə Azərbaycanda 232,2 min ton pambıq yığılıb.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et