Azərbaycanda ötən ay “Instagram”dan istifadə azalıb, “YouTube”dan istifadə artıb | Banco.az

Azərbaycanda ötən ay “Instagram”dan istifadə azalıb, “YouTube”dan istifadə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay ərzində Azərbaycanda “Instagram”dan istifadə azalıb, “YouTube”dan istifadə isə artıb. 

Banco.az “Statcounter”ə istinadən xəbər verir ki, fevralda bu sosial şəbəkələrdən istifadə müvafiq olaraq 32,01% və 15,5% təşkil edib. 

Yanvarda “Instagram”dan istifadə 37,17 faiz, “YouTube”dan istifadə isə 13,29 faiz olub. 

Qeyd edək ki, 2023-cü ildə “Instagram”dan ən çox istifadə iyul ayında (53,76%), “YouTube”dan ən çox istifadə isə mart ayında (23,49%) qeydə alınıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram