Azərbaycanda ödənişli ali təhsil 8% bahalaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda ödənişli ali təhsil 8% bahalaşıb

Azərbaycanda ödənişli ali təhsil haqqı bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artıb. 

"Report"un Dövlət Statistika Komitəsinin əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indesklərinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövründə isə illik artım 3% təşkil edib.

Qeyd edək ki, cari ilin iyul ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri iyun ayına nisbətən 1,0 %, yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4,7% bahalaşıb.