Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 65,1 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 31,3% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 17,7% artıb.
2024-cü ilin ilk 4 ayında 831 ədəd noutbuk (3,1 dəfə çox), 627 ədəd stolüstü kompüter, 153,3 min ədəd ölçmə cihazları, 384 ədəd güc transformatorları, 145 məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!