Azərbaycanda neftin 75%-i BTC ilə ixrac olunub | Banco.az

Azərbaycanda neftin 75%-i BTC ilə ixrac olunub

Magistral neft kəmərləri ilə 6307,7 min ton neft nəql edilib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 4725,1 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 82,2 faizini və ya 3882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8 faizini və ya 842,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et