Azərbaycanda nağdsız valyuta mübadiləsi üzrə hesabatlılıq tələbləri sərtləşdirilib | Banco.az

Azərbaycanda nağdsız valyuta mübadiləsi üzrə hesabatlılıq tələbləri sərtləşdirilib

Valyuta mübadiləsi üzrə nağdsız əməliyyat aparan bütün obyektlər (Azərbaycanın bankları, xarici bankların yerli nümayəndəlikləri, eləcə də poçt şöbələri) artıq Azərbaycanın Mərkəzi Bankına (AMB) fəaliyyətin nəticələrinə dair mütəmadi olaraq, hesabat verməli olacaqlar. Mərkəzi Bankın bu qərarı 27 dekabr tarixindən etibarən qüvvəyə minib. Sənəddə qeyd edilir ki, toplanmış statistika pul və valyuta siyasətinin həyata keçirilməsi, milli və xarici valyutaya olan tələbin öyrənilməsi, mübadilə əməliyyatlarının məqsəd və istiqamətlərinin müəyyən edilməsi, habelə, rəsmi məzənnənin dəyişməsi ilə xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı meydana gələn risklərin minimallaşdırılması istiqamətində Mərkəzi Banka yardım göstərəcək. Hesabatlılıq yalnızca bankdaxili mübadilə əməliyyatlarında (Blumberq və Birja Elektron Ticarət Sistemi (BESTplatformaları, eləcə də ticarət sistemlərindən kənarda təşkil edilən əməlliyyatlar) deyil, eyni zamanda banklararası valyuta mübadiləsi əməliyyatlarında da tətbiq olunacaq. Bundan əlavə, bazar iştirakçıları açıq valyuta mövqeyi üzrə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş limitlərə əməl olunması, kreditlərin ödənilməsi zamanı həyata keçirilən mübadilə əməliyyatları və tətbiq olunan faiz dərəcələri haqqında məlumat təqdim etməli olacaqlar. 

Ən sərfəli kredit üçün müraciət et

Banco.az / Sevinc İbadova