Azərbaycanda nağdsız ödənişləin həcmi 14% artıb | Banco.az

Azərbaycanda nağdsız ödənişləin həcmi 14% artıb

Bu ilin sentyabr ayında Azərbaycanda POS-terminallar vasitəsilə 51 mln. manat həcmində 638 min nağdsız ödəniş əməliyyatı həyata keçirilib. Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə ödənişlərin həcmində 50% artım, sayında isə əksinə 24% azalma müşahidə olunub. POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin ilk 9 ayı ilə müqayisədə 23% artaraq 2016-cı ilin yanvar-sentyabr aylarında 362 mln. manata çatıb.

Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% azalaraq sentyabrda 28 mln. manat, sayı isə 53% artaraq 81 min ədəd olub. Hesabata əsasən, cari ilin yanvar-sentyabr aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 3% artaraq 240 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, ATM və POS-terminallar vasitəsilə yanvar-sentyabr aylarında cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 14,2% artaraq 602 mln. manata çatıb.

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin

Ən sərfəli krediti almaq üçün müraciət et