Azərbaycanda nağd pul məxarici xeyli azalıb | Banco.az

Azərbaycanda nağd pul məxarici xeyli azalıb

Azərbaycanda nağd pul məxarici xeyli azalıb. Bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

O qeyd edib ki, "Azərbaycanda "Nağdsız hesablaşmalar haqqında" qanunun tətbiqi öz səmərəli nəticəsini verir:

"Belə ki, qanunun tətbiqi nəticəsində iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əməkhaqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərinin yüksəlməsinə şərait yaranıb. Bu isə vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanıb ödənilməsi, vergidən yayınma hallarının azalması və vergi sahəsində şəffaflığın artmasına səbəb olub".

Ən sərfəli kredit üçün müraciət et

Konkret rəqəmlərə gəlincə, nazir müavini bildirib ki, cari ilin bitən dövrü ərzində mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əmək haqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb:

"Qanunun gələcək tətbiqi qeyd etdiyim sahələrdə səmərəliliyin daha da artmasına imkan yaradacaq".

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et