Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 23,889 milyon manat kompensasiya ödənilib.
Bu barədə Trend Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən məlumat verir.
Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin əbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə 117 milyon 585 min manatdan artıq kompensasiya ödənilib.
Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC, "Rabitə Bank" ASC, "Unibank" ASC və "Kapitalbank" ASC seçilib.
30 iyul 2007-ci ildən Fonda üzv olan "Gəncəbank" ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 871 min manat kompensasiya ödənilib.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan ASC, "Texnikabank" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.