Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin fevral ayının 1-nə bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 197 073 olub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, unikal müddətli əmanətçi sayı illik müqayisədə 27.8% (42 982 əmanətçi) artıb.
Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə isə 1.5% (2 939 əmanətçi) çoxdur.
Qeyd edək ki, unikal müddətli əmanətçi – bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
