Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 1 302 ədəd minik avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 2,1 dəfə artıb.
Cari ilin aprelin ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 134 ədəd təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ölkəyə 20 946 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!