2024-cü ildə Azərbaycanda Milli Ödəniş Sistemi (MÖS) ilə 760,2 milyard manatlıq (ümumi daxili məhsulun 6 misli qədər) əməliyyat aparılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 0,8 % azdır.
Ötən il MÖS-lə aparılmış əməliyyatların sayı isə 168,6 milyon olub. Bu isə 1 il əvvələ nisbətən 14,2 % çoxdur.
Hesabat dövründə gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas alətlər debet və kredit kartları olub. Bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin məbləği illik müqayisədə 61 % artaraq 78,9 milyard manat olub.