Azərbaycanda masaüstü kompüterlərin bazar payı artıb | Banco.az

Azərbaycanda masaüstü kompüterlərin bazar payı artıb

Bu ilin oktyabr ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 0,1 faiz bəndi azalıb.

"Global Stats" Statistika Mərkəzinin verdiyi məlumata görə, noutbukların bazar payı noyabrın 1-nə 53,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz bəndi azdır.

Mərkəzin məlumatına əsasən, bu ilin oktyabr ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı sentyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi artaraq noyabr ayının 1-nə 44,9% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6 faiz bəndi çoxdur.

Hesabatda noyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,27% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,63 faiz bəndi azdır. Bu seqment üzrə oktyabr ayı ərzində (sentyabr ayı ilə müqayisədə) 0,02 faiz bəndi azalma müşahidə olunub.

APA.az