Azərbaycanda manatla pul bazası son bir ildə 20%-dək artıb | Banco.az

Azərbaycanda manatla pul bazası son bir ildə 20%-dək artıb

Bu ilin sentyabrın 30-na Azərbaycanda manatla pul bazası 12 230,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 322,6 mln. manat və ya 2,7% artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 2 012,8 mln. manat və ya 19,7% artıb. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 77,6 mln. manat və ya 0,6% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et