Azərbaycanda manatla pul bazası 32% artıb | Banco.az

Azərbaycanda manatla pul bazası 32% artıb

Bu ilin mayın 1-nə Azərbaycanda manatla pul bazası 13 281,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verilən məlumata görə, son bir ayda manatla pul bazası 0,3% azalıb, illik müqayisədə isə 32% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram