Banco.az saytı olaraq Azərbaycan və Gürcüstan bank sistemində depozitlərin məbləği və depozitlər üzrə faiz dərəcələrini araşdırdıq.
Təbii ki, faiz dərəcələri depozitlərin hansı valyutada qoyulmasından asılı olaraq dəyişir. Əsasən xarici valyutada depozitlər daha aşağı faizlə cəlb olunur. Bu isə valyuta riskinin qarşısını almaq məqsədi daşıyır.
Depozitlər üzrə faiz dərəcələri təkcə valyutanın növündən deyil, həm də depozitin qoyulma müddətindən də asılıdır.
2012-2014-cü illər ərzində Azərbaycan və Gürcüstanda xarici və milli valyutada depozitlər üzrə orta faiz dərəcələrində müşahidə olunan tendensiyanı diqqətinizə çatdırırıq.
Göründüyü kimi, son illərdə hər iki ölkədə depozit faiz dərəcələrində azalma müşahidə olunur. Bununla belə faiz dərəcələri istər milli, istərsə də xarici valyuta üzrə əsasən Azərbaycanda daha yüksək olmuşdur.
Fiziki şəxslərdən cəlb edilmiş depozitlərdə isə fərqlilik daha kəskin şəkildə gözə çarpır. Gürcüstanda əhali öz əmanətlərini əsasən xarici valyutada yerləşdirməyə üstünlük verir, eləcə də milli və xarici valyutada yerləşdirilən əmanətlər arasında əhəmiyyətli fərq müşahidə edilir. Azərbaycanda isə əksinə, əhali manata daha çox etibar edir.
Belə ki, 2014-cü ildə Azərbaycanda manatda yerləşdirilən əmanətlərin həcmi 4,4 mlrd manat olduğu halda, xarici valyutada yalnız 2,5 mlrd manat vəsait cəlb edilə bilmişdir. Gürcüstanda isə vəziyyət tamamilə fərqlidir. Belə ki, laridə yerləşdirilən depozitlərin həcmi 593 min manat, xarici valyutada cəlb edilən əmanətlərin həcmi isə 1.8 mln manat olmuşdur.
Yekun olaraq onu qeyd etmək olar ki, ümumi depozitlərin həcminə görə Azərbaycan kifayət qədər yüksək göstəriciyə sahibdir.
Azərbaycan və Gürcüstan bank sistemləri haqqında "Azərbaycan bank sektorunda regionun ən güclüsüdür" əldə edə bilərsiniz.