Azərbaycan banklarında manatla yerləşdirilmiş əmanətlərin sığortalanma faizi bu gündən etibarən 12%-dən 15%-ə qaldırılıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, bu addım Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 15%-ə çatdırmasından sonra atılıb: “Təbii ki, sığortalı əmanətlərin faizinin artırılması bankların cəlb etdiyi vəsaitləri bahalaşdıracaq, amma təcrübə göstərir ki, tədricən faizlərdə azalma olur”.
Mənbə : Report.az