Azərbaycanda listinqdən keçmiş emitentlərin elektron məlumat bazası yaradılıb | Banco.az

Azərbaycanda listinqdən keçmiş emitentlərin elektron məlumat bazası yaradılıb

2015-ci il Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edən Bakı Fond Birjası təsis olunmasının 15 illik yubileyini qeyd edir.  BFB 15 illik ildönümü çərçivəsində, istifadəçilərə və investorlara yeni xidmətlər təklif etmək və BFB-nin fəaliyyəti barədə məlumatların geniş və ətraflı şəkildə cəmiyyətə çatdırılması məqsədilə öz korporativ internet səhifəsini fərqli tərtibatda və geniş formatda yenidən işləyərək hazırlamış və  -16 – noyabr 2015-ci il tarixindən istifadəyə verilmişdir. www.bfb.az .

"Banco.az"ın Birjaya istinadən verdiyi xəbərə görə, BFB-nin tamamilə yenilənmiş internet saytının əsas yeniliklərindən biri BFB-də  listinqdən keçmiş Emitentlərin ilk elektron məlumat bazasının yaradılmasıdır. Belə ki, saytın istifadəçiləri Emitentlər barədə məlumatları (emissiya prospekti, maliyyə hesabatlılığı, korporativ idarəetmə strukturu, korporativ hadisələr, emitentin birjada ticarət olunan qiymətli kağızları barədə məlumatlar) qısa yolla və operativ şəkildə əldə edəcəklər, bütün məlumatlar BFB-nin vahid elektron bazasında toplanacaqdır. Veb saytda maarifləndirmə, listinq, korporativ idarəetmə və hesabatlılıq istiqamətlərinə geniş yer ayrılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Saytın yenilikləri arasında həmçinin, istiqrazların hesablanması üçün onlayn kalkulyatorun təqdim olunması, sayt vasitəsilə emitentlərin BFB-də listinqə onlayn müraciət edə bilmə imkanı və digər müxtəlif elektron xidmətlərin yaradılmasıdır. Yeni sayt geniş ictimaiyyət o cümlədən Emitentlər, İnvestorlar, birja üzvləri, tələbələr üçün nəzərdə tutulmuşdur.

Ümumilikdə, BFB-nin saytının yeni versiyası daha interaktiv və dinamik olmaqla yanaşı, dizayn və funksionallıq baxımından bu sahədə tətbiq edilən qabaqcıl informasiya texnologiyaları həllərindən istifadə edilməklə hazırlanmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et