Müəllif:Mehin Qasımova/Banco.az
Rusiyanın "LADA Granta" avtomobilləri Azərbaycanda istehsal olunacaq.
Banco.az xəbər verir ki,bu barədə Rusiyanın “VKontakte” sosial şəbəkəsində “Atipik AvtoVAZ” ictimai birliyinin səhifəsində məlumat verilib.
Martın son həftəsində Azərbaycanda LADA yığma zavodunun açılışı gözlənilir.
Belə ki, Azərbaycan 2023-cü ildə AVTOVAZ üçün ən böyük ixrac bazarlarından biri kimi seçilib və orada 400-dən çox LADA avtomobili göndərilib.
2023-cü ilin dekabrında AVTOVAZ Azərbaycana bu modeldən 11 avtomobil dəsti göndərib. Bu partiya avtomobillərin seriya istehsalı texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulub.
Məlumata görə, Granta modeli burada SKD üsulu ilə istehsal olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!