Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlanılıb – Qiymətlərə necə təsir edəcək? | Banco.az

Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlanılıb – Qiymətlərə necə təsir edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiyanın minik avtomobilləri istehsalçısı “AvtoVAZ” Azərbaycanda “Lada” modellərinin yığılmasına başladığını elan edib.

Bu barədə  Banco.az  şirkətə istinadən xəbər verir. Bildirilib ki, Azərbaycanda “Lada” avtomobilləri ənənəvi olaraq sevilir və onlara onilliklər ərzində tələbat var.

AvtoVAZ-ın prezidenti Maksim Sokolov vurğulayıb ki, 2024-cü ildə Azərbaycanda istehsal sahəsi 1,5 minə qədər avtomobil istehsal edə bilərlər:

"Biz Granta ilə başlayırıq və 2024-cü ilin sonuna qədər NIVA ailəsi – Legend, Vesta  və Travel ilə yerli istehsalın çeşidini genişləndirməyi planlaşdırırıq. Sınaq nümunələri artıq yığılıb və keyfiyyət auditindən keçib”.

Sokolov hesab edir ki, illik 4-5 min avtomobilin istehsalı mümkündür. Şirkətdən bildirilib ki, hazırda Azərbaycanda yerli istehsal sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib.

Azərbaycanda “Lada” avtomobillərinin yığılmasının ölkənin avtomobil bazarına təsirləri barədə Banco.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bu addımı müsbət qiymətləndirib:

Ən sərfəli kredit üçün müraciət et

“Bilirsiniz ki, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalara qədər Rusiya avtomobil sənayesində istehsalı olan avtomobillər Azərbaycanda populyar idi. Rusiyanın ixrac etdiyi ölkələr arasında Azərbaycan beşinci yerdədır və belə avtomobillərə maraq var. Azərbaycandan nə qədər çox avtomobil istehsal olunsa, bir o qədər müsbət haldır. Bu həm qiymət əlçatanlığı, həm də daxildə avtomobil bazarında qiymətlərin tənzimlənməsi baxımından olduqca əlverişli sayılır”.

Ekspertlərin qənaətinə görə, Azərbaycanda yerli istehsalın açılışı “Lada”nın bu ölkədəki bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmasına və brendin mövcudluğunu artırmasına kömək edəcək. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et