Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb | Banco.az

Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 312,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 8,5% artaraq 220 mln. manat təşkil edib.

Ötən 8 ay ərzində Azərbaycanda 16 403,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 5,7% çoxdur.

Bunun 1 188,4 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 10,3% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bunun 14 530,8 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 7,2% çoxdur.

Hesabat dövründə Azərbaycanda 78,2 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 3,2 dəfə çoxdur.

Yanvar-avqustda ölkədə 29,8 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 8% çoxdur.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et