Azərbaycanda kriptovalyuta almaq niyə sərfəli deyil? | Banco.az

Azərbaycanda kriptovalyuta almaq niyə sərfəli deyil?

Bütün dünyada kriptovalyutaya maraq artsa da, nədənsə Azərbaycanda bu belə deyil. Əksinə, belə bir tendensiya formalaşıb ki, ölkədə kriptovalyuta almaq sərfəli deyil.

Bunun səbəbləri araşdırılıb.

Əvvəlcə, ondan başlayaq ki, Azərbaycanda kriptovalyutanı dünyada fəaliyyət göstərən kriptovalyuta birjaları, mübadilə servisləri vasitəsilə və ya əldən almaq mümkündür.

Kriptoinvestor Elnur Quliyev bu üsullar arasında ən sadə və rahatının mübadilə servisləri olduğunu deyir:

“Mübadilə servisləri bir qayda olaraq bazar kapitalizasiyasına görə “TOP 20”də olan ən populyar kriptovalyuta və tokenlərin mübadiləsini təklif edirlər.

Mübadilə servislərində əməliyyat aparmaq üçün qeydiyyatdan keçmək və ya hər hansı sənəd yükləmək tələb olunmur ki, bu da mübadilə prosesi zamanı istifadəçilərin işini daha da asanlaşdırır.

Hazırda 400-dən çox mübadilə servisi var. Onlar bir-birindən mübadilə olunan kriptovalyutaların sayı, komissiya haqqı, MasterCard/Visa kartları ilə mədaxil-məxaric imkanı, istifadə edilən elektron cüzdanların müxtəlifliyi ilə fərqlənirlər.

Əldən almaq sürətli olsa da, təhlükəli prosesdir və qanunsuzdur”.

Ekspert ölkəmizdə bu sahəyə marağın azlığını texniki biliyin aşağı olması və vergi dərəcəsi ilə əsaslandırır:

“Azərbaycanda kriptovalyuta alışı üçün 10 % komissiya haqqı və 18 % əlavə dəyər vergisi nəzərdə tutulduğu üçün alıcıların bu sahəyə marağı azdır. Doğrudur, bir çox dünya ölkələrində də belə ödənişlır var. Amma faiz dərəcələri bu qədər yüksək deyil”.

Ən sərfəli kredit üçün müraciət et

E.Quliyev qeyd edir ki, hazırda Azərbaycanda heç bir şirkət kriptovalyuta satışı ilə məşğul olmur və bu bazar mövcud deyil. Səbəb isə sahə ilə bağlı qanunvericiliyin olmamasıdır.

Kriptovalyuta ilə bağlı ölkə statistikasını isə birja saytlarında qeydiyyatdan keçməklə Azərbaycandan olan istifadəçilərin siyahısına baxmaqla öyrənmək olar. Amma bu da şəffaf göstərici hesab olunmur. Çünki birja saytlarının məlumatları açıqlamaq kimi öhdəliyi yoxdur.

Hazırda, kriptovalyuta bazarında ən bahalı koin bitkoindir. Bir tokenin qiyməti 71 min 227,28 manat təşkil edir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram