Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ildə Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 5 milyon 259 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2023-cü illə müqayisədə 1 milyon 429 min manat və ya 37,3% çoxdur.
Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 15,2 dəfə artaraq 76 min manat təşkil edib.
Qeyd edək ki, 2023-ci ilin yanvar-dekabr aylarında bu növ üzrə yığımların məbləği 3 milyon 830 min manat, ödənişlərin məbləği isə 5 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!