Azərbaycanda kreditlərin 96%-dən çoxu banklar tərəfindən verilib | Banco.az

Azərbaycanda kreditlərin 96%-dən çoxu banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2024-cü il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq, milli valyuta ekvivalentində 23979,1 milyon manat təşkil edib.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Ümumi kredit portfelinin 19887,9 milyon manatı və ya 82,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçən kreditlərin məbləği il ərzində 26,3 faiz azalaraq 437,8 milyon manat olub və ümumi kredit portfelinin 1,8 faizini təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et