Azərbaycanda kredit qoyuluşu xeyli azalıb | Banco.az

Azərbaycanda kredit qoyuluşu xeyli azalıb

Banco.az portalı Mərkəzi Banka istinadən bildirir ki, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi 2015-ci il oktyabrın sonlarına 18 mlrd. 566.4 mln. manat təşkil edib. Bu, sentyabrın sonlarına olan analoji göstərici ilə müqayisədə 547,1  mln. manat azdır.

Banco.az bildirir ki, artıq 9-cu aydır azalma tendensiyasının müşahidə olunur  və mənfi dinamika mart ayından bəri davam edir. 

Ən sərfəli kredit üçün müraciət et

AMB-in məlumatına əsasən, cari ilin əvvəli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 13,4 mln. manat azalıb.

Keçən ilin anoloji dövrü ilə müqayisədə isə bu göstərici 724,9 mln. manat çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et