Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi 14% artıb | Banco.az

Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi 14% artıb

Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin yanvar ayı ərzində 160 mln. manat həcmində əməliyyat həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, əməliyyatların həcmi əvvəlki ay ilə müqayisədə 7% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 14% artım qeydə alınıb.

Yanvar ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 44 mln. manatı ATM, 54 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən , 35 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 133 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 13% azalma, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,7% artım deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 27 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 42%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 12,5% çoxdur.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et