Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 167 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 60,2%, elektrik avadanlıqlarının istehsalı isə 3,1% artıb.
Cari ilin 9 ayında 3 397 ədəd stolüstü kompüter (2,7 dəfə çox), 295,3 min ədəd ölçmə cihazları (2,3 dəfə çox), 403 ədəd güc transformatorları, 4 885 ədəd elektrik tənzimləyici cihazları, 7 133,9 ton digər elektrik naqilləri, 723 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!