Azərbaycanda kərə yağı istehsalı idxalı üstələyib | Banco.az

Azərbaycanda kərə yağı istehsalı idxalı üstələyib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 151 milyon 558 min ABŞ dolları dəyərində 26 min 403 ton kərə yağı idxal edilib.

 Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 81.5% və ya 68 milyon ABŞ dolları, həcm baxımından isə 77% və ya 11 487 ton artıb. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycana 83 milyon 505 min ABŞ dolları dəyərində 14 916 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

    Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.81% təşkil edib.

    Ən sərfəli kredit üçün müraciət et

    Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 26 890.6 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.1% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 487.6 ton çox olub.

    Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 21.95 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.25 manat təşkil edib.

    apa