Azərbaycanda kərə yağı istehsalı azalır | Banco.az

Azərbaycanda kərə yağı istehsalı azalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-iyul aylarında ölkədə 15 567,6 ton ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% azdır.

Banco.az xəbər verir ki, bu ilin 1 avqust tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 197,7 ton olub.

Hesabat dövründə ölkədə 22 493,4 ton duru bitki yağı istehsal edilib. Bu göstəricinin həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4% azalıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram