Azərbaycanda kassa aparatları üzrə dövriyyə artıb | Banco.az

Azərbaycanda kassa aparatları üzrə dövriyyə artıb

Dövlət Vergi Xidməti tərəfindən bu günədək ölkə ərazisində 48 169 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram