Azərbaycanda kafe və restoranların gəlirləri 22%-ə yaxın artıb | Banco.az

Azərbaycanda kafe və restoranların gəlirləri 22%-ə yaxın artıb

Azərbaycanda 2023-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9% artaraq 414,8 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7%-i hüquqi şəxslərin, 49,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 28,4% artaraq 207,7 milyon manat təşkil edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et