Azərbaycanda istismar müddəti köhnələn maşınlar niyə çoxalıb? | Banco.az

Azərbaycanda istismar müddəti köhnələn maşınlar niyə çoxalıb?

Dövlət Statistika Komitəsi (DSK) ölkədə minik avtomobilləri parkının yaş strukturuna dair son məlumatları açıqlayıb.

Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib ki, 2019-cu ildə yeni maşınların (5 ilədək istismar müddəti) ümumi minik avtomobillərində payı son 6 ildə ən aşağı həddə düşüb - 4,2%:

“10 ildən çox istismar müddəti olan minik avtomobillərinin xüsusi çəkisi isə 77,3 % olmaqla ən yüksək həddə çatıb. Bu sahədə ən yaxşı vəziyyət 2014-cü ildə qeydə alınıb. Belə ki, 5 ilə qədər yaşı olanların payı 17%, 10 ildən çox olanların xüsusi çəkisi isə 62% təşkil edib”.

İqtisadçının sözlərinə görə, bu mənzərənin yaranmasında heç şübhəsiz əsas səbəb son illər kreditlə maşın almaq üçün şərtlərin pisləşməsidir:

“Amma digər 2 mühüm səbəbi də gözardı etmək olmaz: gömrükdə maşın idxalı üçün şərtlərin son dərəcə ağırlaşdırılması- vergi yükünün kəskin artımı, əhalinin sosial vəziyyətinin devalvasiyadan sonrakı dövrdə davamlı olaraq pisləşməsi”.

Ən sərfəli kredit üçün müraciət et

modern.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et