Azərbaycanda istehlak və biznes kreditləri artıb | Banco.az

Azərbaycanda istehlak və biznes kreditləri artıb

2021-ci ilin avqustun 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi ilin əvvəlindən 5,7% artaraq 14 966,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, portfelin əsas hissəsinin (58,3%) təşkil edən biznes kreditlərin həcmi ilin əvvəlindən 3% artaraq 8 728,5 mln. manat təşkil edib.

Ümumi portfelin 26,9%-ni təşkil edən istehlak kreditləri isə ilin əvvəlindən 9,9% artaraq 4 024,60 mln. manata çatıb.

İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,8% təşkil edib və ilin əvvəlindən bu növ kreditlərin həcmi 9,7% artaraq 2 213,4 mln. manat olub.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et