Bu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər əhalinin nominal pul gəlirlərinin 13,8%-i həcmində olub.
Ev təsərrüfatlarına kredit qoyuluşunun əhalinin nominal gəlirlərinə nisbəti illik 2,2 faiz bəndi artıb.
Qeyd edək ki, maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu illik ifadədə 26% artaraq 1 noyabr 2019-cu il tarixinə 6 431,0 mln. manat, ölkə əhalisinin nominal gəlirləri isə illik müqayisədə 6,9% artaraq cari il yanvar-oktyabr ayları ərzində 46 705,8 mln. manat təşkil edib.
APA