Azərbaycanda istehlak bazarı 5%-dən çox böyüyüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda istehlak bazarı 5%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin birinci yarısında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 32,6 milyard manat olmaqla 2022-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 5,3% artıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə bir istehlakçı orta hesabla ayda 535,5 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 83 manat çox vəsait xərcləyib.

Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin birinci yarısı ilə müqayisədə 5,1% artaraq 31,4 milyard manata bərabər olmuş, onun 46,6%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram