Azərbaycanda işsizliyin səviyyəsi - 5-6 FAİZƏ DÜŞÜB | Banco.az

Azərbaycanda işsizliyin səviyyəsi - 5-6 FAİZƏ DÜŞÜB

Bu gün Azərbaycanın valyuta ehtiyatları 45 milyarddan çoxdur.

Bunu, Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda işsizliyin səviyyəsi 5-6 faizə düşüb:

Ən sərfəli kredit üçün müraciət et

“Yeni iş yerləri yaradılır. Müstəqilliyimizin ilk illərində Azərbaycanda yoxsulluq 80 faizə, adambaşına düşən gəlir bir dollara və işsizlik isə 40 faizə bərabər idi”.

Z.Səmədzadə qeyd edib ki, bu gün Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib:

“Bu gün Azərbaycanın dünyanın 150-dən çox ölkəsi ilə xarici ticarət əlaqələri var”.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç