Azərbaycanda işsiz əhalinin sayı açıqlandı | Banco.az

Azərbaycanda işsiz əhalinin sayı açıqlandı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin fevralın 1-i vəziyyətinə görə, 282,7 min nəfərə bərabər olub. Yanvar ayının əvvəlində bu göstərici 282,3 min idi. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 312,6 min nəfər olub, onlardan 5 027,6 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1778,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 882,8 min nəfər, qeyri-dövlət sektorunda isə 895,7 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1746,7 min nəfər çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram