Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb | Banco.az

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Bu ilin noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 299,8 min nəfər olub, onlardan 4 984,5 min nəfərini məşğul əhali təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,9%, məşğul əhalinin sayı isə 1,2% artıb.

Cari il oktyabrın 1-nə olan məlumata görə, ölkədə muzdla çalışan işçilərin sayı 1699,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 795,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1667,6 min nəfər çalışıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram