Azərbaycanda iqtisadi artım tempi yüksəlib | Banco.az

Azərbaycanda iqtisadi artım tempi yüksəlib

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk dörd ayında iqtisadi artım 4,3 faiz olub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb.

    ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib.

    Ən sərfəli kredit üçün müraciət et

    Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram